İraqın mərkəzində "yaşıl bölgə"yə atılan rakentlərdən 3-ü ABŞ-ın Bağdaddakı səfirliyinin ərazisinə düşüb.
Mediainfo.az "Əl-Sumariya" televiziyasına istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanlarındakı mənbə açıqlama verib.
Atəş nəticəsində bir neçə nəfərin yaralandığını xəbər verən televiziya kanalı bildirib ki, hazırda ABŞ səfirliyinin ərazisində helikopterlərlə insanlar təxliyə edilir.
"Əl-Ərəbiyyə" telekanalı isə təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb ki, səfirliyin ərazisinə düşən üç raketdən biri diplomatik missiyanın restoranına dəyib.
İraqın Baş nazir vəzifəsini icra edən Adel Abd əl-Mehdi açıqlamasında günahkarların tapılıb cəzalandırmağa göstəriş verdiyini deyib.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































