ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Abşeronda su kanalına düşən 37 yaşlı şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Mediainfo.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Abşeron rayonunda 1 nəfərin meyitinin su kanalından çıxarılması üçün müraciət daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1983-cü il təvəllüdlü Əhmədov Ceyhun Nadir oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Mediainfo.az