Xızıda ana 3 azyaşlı övladı ilə birlikdə itkin düşüb

Xızıda ana 3 azyaşlı övladı ilə birlikdə itkin düşüb

Xızı rayonu ərazisində ana və 3 övladı itkin düşüb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Rayon Polis Şöbəsindən bildiriblər ki, rayonun Qızıldərə ərazisində yerləşən fermada müvəqqəti yaşayan, əslən Qubanın Dalıqaya kəndindən olan İsayev Səxavət Şahabbas oğlu yanvarın 18-də Daxili İşlər Nazirliyinin (DİN) "102" xidməti zəng mərkəzinə müraciət edərək yoldaşı və 3 övladının itkin düşdüyü barədə məlumat verib. O müraciətində bildirib ki, həyat yoldaşı 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı yanvarın 17-si günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxanı götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İsayeva Əfsanə Cəmil qızının əlamətləri: boyu təxminən 160 santimetr, çəkisi 55-60 kiloqramdır, qaraşın və arıq bədən quruluşludur. Gözlərinin rəngi qəhvəyi, saçları qara-şabalıdı rəngli olmaqla uzundur. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli ətək, ayağında alçaqdaban çəkmə olub.

Nurcan İsayevanın əlamətləri: boyu təxminən 1 metr, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində ağ zolaqları olan qırmızı gödəkçə, ayağında tünd rəngli qış çəkməsi olub.

Nurlan İsayevin əlamətləri: boyu təxminən 80 santimetr, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, ayağında qara rəngdə qış çəkməsi olub.

Bu şəxsləri görənlərdən DİN-nin "102" xidmətinə, Xızı RPŞ-nə (023) 315-01-31 və (055) 366 33 54 nömrəsinə məlumat vermələri xahiş edilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az