Cəlilabad rayonunun Alar kəndi ərazisində "Ford Transit" və "VAZ-2106" markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Mediainfo.az-a verilən məlumata əsasən, yanvarın 15-də saat 18:00 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisində Abşeron rayon sakini Y.Tahirovun idarə etdiyi "Ford Transit" və Salyan rayon sakini Ağarəhim Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.
Nəticədə A.Məmmədov hadisə yerində ölüb, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































