İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mediainfo.az "Report"a istinadən xəbər verir ki, hadisə İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun 3-cü kilometrliyində, rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Yalavac kənd sakini, 1988-ciil təvəllüdlü Mirzəyev Zaur Maarif oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib və avtomobil yoldan çıxaraq su kanalına aşıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin rayonun Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Məmmədov Nicat Seyidəli oğlu suda boğulub.
Avtomobildə olan digər 2 sərnişin Yalavac kənd sakinləri - 1994-cü il təvəllüdlü Mustafayev Elvin İslam oğlu və 1991-ci il təvəllüdlü Mehdiyev Eldəniz Ədalət oğlu müxtəlif xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































