ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Mingəçevirdə mikroavtobus aşıb.
Mediainfo.az xəbər verir ki, hadisə şəhərin "Qələbə" meydanı ərazisində qeydə alınıb.
"Hunday Elantra" markalı maşın 7 saylı xətt üzrə hərəkət edən mikroavtobusla toqquşub. Toqquşmanın təsirindən mikroavtobus aşıb.
Qəza nəticəsində 1960-cı il təvəllüdlü Qorçiyeva Lamiyə Aydan qızı, 2004-cü il təvəllüdlü Məmmədova Aydan Elsəvər qızı və 1996-cı il təvəllüdlü Əhmədova Türkan Talıb qızı xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az