İsmayıllı rayonunda maraqlı hadisə yaşanıb.
Mediainfo.az Xəzər TV-yə istinadla xəbər verir ki, 1992-ci ildə Qarabağ döyüşlərində iştirak edən Şəbyan kənd sakini, 48 yaşlı Zöhrab Həmzəyevin şəhid olması xəbəri gəlib.
Meyit tanınmaz halda olduğundan onu həmin şəxsin meyiti kimi qəbul edib və dəfnini həyata keçiriblər. Ancaq üzərindən 40 gün keçdikdən sonra Zöhrab Həmzəyev özü kəndə qayıdıb və işin üstü açılıb.
Zöhrab Həmzəyev 1992-ci ildə Qarabağda gedən döyüşlərində iştirak edib. O, döyüşdə olan vaxt kənddə valideynlərinə xəbər gəlib ki, Zöhrab şəhid olub. Kəndə gətirilən bir meyit Zöhrabın meyiti kimi qəbul olunub və şəhid kimi rayonda şəhidlər məzarlığında dəfn edilib. Zöhrabın özünün də bundan rayona qayıdanda xəbəri olub.
O, qardaşı ilə birgə kəndə qayıdıb. Bu vaxt ailəsi onun 40 mərasiminə hazırlaşırmış. Onu görən ailə üzvləri və kənd sakinləri şoka düşüblər.
Kənd sakinləri deyirlər ki, meyit gələndə tanınmaz vəziyyətdə olub. Üz nahiyəsindən Zöhraba oxşadığından elə də qəbul olunub.
Sonradan həmin məzarın başdaşından Zöhrabın adı götürülüb. Dəfn olunanın kimliyi bilinmədiyindən üzərinə "Naməlum əsgər" yazılıb.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































