ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Bitlisin Adilcevaz mahalında miqrantları daşıyan gəminin Van gölündə batması nəticəsində 7 nəfər ölüb, 64 nəfər xilas edilib.
Mediainfo.az türk mediasına istinadən xəbər verir ki, meriyadan verilən açıqlamada, yerli vaxtla səhər saat 02:30-03:00 radələrində mahalın Erikbağı və Karsiyaka kəndləri arasında olan Van gölü ətrafındakı bir ərazidə Pakistan, Banqladeş və Əfqanıstan vətəndaşı olan miqrantları daşıyan qayığın aşdığı bildirilir: "Adilcevaz xəstəxanasına aparılan iki nəfər isə orada vəfat edib".
Xilas edilən 64 nəfər hazırda Adilcevaz şəhər mərkəzindəki xəstəxanalara yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalar başladılıb.

Mediainfo.az