Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində "Shacman" markalı yük avtomobili yol kənarına aşıb.
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sürücü 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlunun və sərnişin 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































