Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 44 yaşlı Əlizadə Elmar Şamil oğlu özünü asaraq intihar edib.
Mediainfo".az unikal.org-a istinadən xəbər verir ki, E.Əlizadənin intihar etməsinin səbəbi bilinmir.
Mərhum dünən Yasamal qəbiristanlığında dəfn edilib.
***
Nərimanov rayon Prokurorluğundan Mediainfo".az-a verilən məlumata görə, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı daxil olan məlumat əsasında polis və prokurorluq orqanlarının, eləcə də məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb. İş üzrə zəruri istintaq -əməliyyat tədbirləri davam etdirilir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































