ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Rusiyanın Murmansk şəhərində təmir edilən "Admiral Kuznetsov" aviadaşıyıcı kreyserində yanğın baş verib.
"RİA Novosti" xəbər verir ki, yanğın nəticəsində 1 hərbçi ölüb, 12 nəfər xəsarət alıb, 2 nəfər itkin düşüb.
Yanğın gəminin enerji qurğusunda aparılan qaynaq işləri zamanı qığılcımdan yanacaq materiallarının alışması səbəbindən başlayıb.
Hadisə yerində çoxlu sayda yanğınsöndürən işləyir, lakin alov axıra kimi söndürülməyib. İstintaq Komitəsi yanğınla bağlı cinayət işi qaldırıb.
Hadisə Rusiyanın yeganə aviadaşıyıcısının donanmaya qayıtmasına əngəl törədə bilər. 2017-ci ildən təmir olunan "Admiral Kuznetsov"un hərbi xidmətə qayıdışı 2021-ci ildə nəzərdə tutulub.
Mediainfo.az