Astarada yanan evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.
Mediainfo.az-ın məlumatına görə, belə ki, rayonun Şiyəkəran kəndində 1961-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun Əliyev Sadıq Noruz oğlunun evində yanaraq ölməsi bildirilib.
Hadisə yerinə və yanmış evə baxış keçirilərkən ev sahibi S. Əliyev saxlanılıb.
Məlum olub ki, C.Əliyevi evinə dəvət edib və orada aralarında mübahisə yaranıb. Mübahisə zamanı S.Əliyev C.Əliyevin əvvəlcə başına odun parçası ilə, daha sonra isə mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.
Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































