ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Balakənddə 9 yaşlı uşağı it dişləyib.
Mediainfo.az xəbər verir ki, dekabrın 4-də axşam saatlarında rayonun Katex kənd sakini, 2010-cu il təvəllüdlü Fərman Cəmil oğlu Əllazov it dişləməsi xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
F.Əllazovun yaşadığı kəndin ərazisində sahibsiz itin hucuma məruz qaldığı məlum olub. İt uşağın sağ yuxarı ətrafının saidindən dişləyərək xəsarət yetirib. Ona lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulub.
F.Əllazovun xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66