ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Hindistanda sərnişin avtobusu avtosisternlə toqquşub.
Mediainfo.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində azı 7 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, insident Qərbi Benqaliya əyalətinin Murşidabad dairəsində baş verib. Hər iki avtomobilin sürücüsü həlak olub.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Qəzanın səbəbi araşdırılır.
Mediainfo.az