ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
İraqda son sutka ərzində polislə nümayişçilər arasında baş verən toqquşmalarda ölənlərin sayı 45-ə yüksəlib.
Mediainfo.az xəbər verir ki, bu məlumatı "Əl Ərəbiyyə" televiziyası yayıb. Nəcəf şəhərində ölənlərin sayı 12 nəfər təşkil edib. Nəsiriyyə şəhərində ölənlərin sayı isə 25 nəfərə çatıb.
Qeyd edək ki, İraqda kütləvi iğtişaşların yeni dalğası dünən Nəcəf şəhərində İran Konsulluğunun yandırılmasından sonra start götürüb.
Ölkə ərazisində ümumilikdə etirazlar oktyabrın əvvəlində başlayıb. Mətbuatın iddiasına görə, etirazlar nəticəsində indiyə qədər 300 nəfər ölüb, 15 min nəfər yaralanıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66