Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikası vətəndaşının əl yükləri rentgen aparatı ilə yoxlanılarkən monitorda şübhəli predmetlər müşahidə olunub.
Dövlət Gömrük Komitəsindən Mediainfo.az-a verilən məlumata görə, vətəndaş sorğu-sual zamanı əl yüklərində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib. O, əlindəki sellofan torbada yalnız şirniyyat olduğunu qeyd edib.
Lakin təkrar baxış zamanı sellofan torbada olan bir ədəd qutunun içində 1 bükümdə, qablaşdırılması ilə birgə çəkisi 301 qram təşkil edən narkotik vasitə - heroin və 1 bükümdə, üzərində "F/M40" nişanəsi olan 100 ədəd metadon həbləri aşkarlanıb.
Bundan başqa, həmin sellofan torbada hər biri ayrı-ayrı polietilendə qablaşdırılmış şirniyyatların daxilində də cəmi 3 bükümdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 502 qramolan heroin aşkar edilib.
Beləliklə, aşkara çıxarılan bütün heroinin ümumilikdə çəkisi 803 qram təşkil edib.
Onu da xatırladaq ki, aşkar olunan metadon həbləri də sintetik narkotik vasitə sayılır və "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































