Hindistanın İndira Qandi adına beynəlxalq aeroportunda güclü partlayıcı maddə - qeksogen dolu çanta aşkar edilib.
Mediainfo.az-ın məlumatına görə, sahibsiz çanta aşkar ediləndən dərhal sonra hadisə yerinə polis və təhlükəsizlik qüvvələri cəlb edilib. Aeroport ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.
Məlumata görə, çanta sərnişinlərdən biri tərəfindən səhər saatlarında terminalın qarşısında tapılıb. Polis çantanı nəzarətə götürdükdən sonra aeroporta giriş və çıxış qapılarının bağlanması sərnişinlər arasında təşvişə səbəb olub.
Çanta laboratoriyaya təqdim edilib. Hazırda müşahidə videokameraları vasitəsilə çantanı aeroport ərazisinə daxil edən şəxs axtarılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































