Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Mediainfo.az Oxu.Az-a istinadla xəbər verir ki, qəza Ə.Rəcəbli və Təbriz küçələrinin kəsişməsində, "Nərimanov" metro stansiyası yaxınlığında qeydə alınıb.
Belə ki, Altay Turabov idarə etdiyi "Toyota" markalı avtomobillə Ə.Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən anidən yuxulayıb.
Bu zaman avtomobil Təbriz küçəsində hərəkətsiz vəziyyətdə dayanan və taksi fəaliyyəti ilə məşğul olan Asiman adlı sürücüyə məxsus "Daewoo Gentra" markalı nəqliyyat vasitəsinə, daha sonra işıqfor və səkildə fəaliyyət göstərən köşkə çırpılıb.
Qəza zamanı "Toyota" markalı avtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü Turabov Altay Zəlimxan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Hadisə zamanı işıqfor qırılıb, köşkə ciddi ziyan dəyib, avtomobillər isə deformasiyaya uğrayıb.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































