Almaniyanın Fehta şəhərində lisey şagirdi köhnə sevgilisi ilə barışmaq üçün yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş həbsxana divarına çıxıb.
Tikanlı məftillərə ilişməmək üçün 18 yaşlı gənc, demək olar ki, bütün paltarlarını çıxarıb. Daha sonra o, bir işıq dirəyinə çıxaraq dörd metrlik həbsxana hasarını aşa bilib. Yeniyetmə bunun ardından sevgilisinin olduğu kameranı taparaq onun pəncərəsinə dırmaşıb.
Həbsxana işçiləri gəncə mane olmağa çalışsalar da, gənc etiraz edib. Bir qədər sonra onu aşağıya yanğınsöndürən maşının pilləkəni vasitəsilə çətinliklə də olsa, endirmək mümkün olub.
Həbsxana sözçüsü bildirib ki, hadisədən bir müddət əvvəl qız oğlanı çağıraraq ondan ayrılmaq istədiyini deyib. Oğlanın bu addımından sonra isə gənclər barışıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































