ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Fransanın şimal-qərbində Kale limanının gömrükçüləri, yük maşınının soyuducusunda axtarış apararkən, dörd uşaq da daxil olmaqla, səkkiz migrant aşkar ediblər.
Mediainfo.az xəbər verir ki, soyuducuda temperatur mənfi yeddi dərəcə olub.
Miqrantlar hipotermiyadan əziyyət çəksələr də hamısı sağ qalmağı bacarıb. Xilasetmə xidməti migrantların hipotermiyadan yüngül şəkildə təsirləndiyini bildirib. Onlara ilk tibbi yardım göstərilib.
Miqrantlar əfqan olduqlarını açıqlayıblar. Onların yerləşdikləri gizli bölmə yük maşınının arxasına olub. Yük maşınının sürücüləri olan iki Rumıniya vətəndaşı nəzarətə götürülüb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66