Sabirabad rayonunda intihar hadisəsi baş verib.
Mediainfo.az xəbər verir ki, 2 saat əvvəl Kür çayı üzərindəki Sabirabad şəhəri ilə Cavad kəndini birləşdirən körpüdən Yolçubəyli kənd sakini Hümbətov Qaraxan adlı 60 yaş civarında olan kişi özünü ataraq intihar edib.
İlkin məlumatlara görə o, əvvəl 102-yə zəng edərək intihar edəcəyini bildirib. Sonra maşından düşərək özünü körpüdən çaya atıb.
Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, Sabirabad rayonunun Cavad kəndi ərazisində, Kür çayında batdığı ehtimal olunan 1960-cı il təvəllüdlü Hümbətov Qaraxan Abdulxan oğlunun axtarışları başa çatıb.
Q.Hümbətovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































