Boliviyanın bir sıra şəhərlərində hökumətin prezident seçkilərində saxtakarlığa yol verdiyini iddia edənlərin etirazları zamanı iğtişaşlar yaşanıb.
Mediainfo.az xəbər verir ki, La Pas, Riberalta, Yakuiba, Pando və Tarixa şəhərlərində yanğınlar törədilib, talan və vandalizm aktları qeydə alınıb.
Etirazçılar Riberaltda hətta Venesuelanın keçmiş prezidenti Uqo Çavesin abidəsini yerə aşırıb, Tarixada isə seçki komissiyasının materiallarını yandırıblar. La Pasda qarşıdurmalar nəticəsində San Andres Universitetinin rektoru Valdo Albarrasin başından yaralanıb və xəstəxanaya yerləşdirilib.
İğtişaşlar Seçki Komissiyasının bütün bülletenləri saymadan seçkilərin ikinci mərhələsinə ehtiyac olmayacağını elan etməsindən sonra başlayıb.
Hazırda səslərin 95,3%-i hesablanıb, Sosializm Hərəkatından olan ölkənin hazırkı prezidenti Evo Morales səslərin 46,86%-ni toplamaqla hamını qabaqlayır. Onun əsas rəqibi olan Vətəndaş Cəmiyyəti Partiyasının namizədi, Boliviyanın keçmiş prezidenti Karlos Mesa 36,72% səslə ikinci yerdədir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




.jpg)

.jpg)
















































