Bakıda bir gündə iki qadın faciəli şəkildə öldü

Bakıda bir gündə iki qadın faciəli şəkildə öldü

Bakının Binəqədi rayonunda yol qəzası olub.

Mediainfo.az xəbər verir ki, Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Hacıyev idarə etdiyi "Daewoo" markalı avtobusla yolu keçən paytaxt sakini Kəmalə Əliyevanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Daha bir yol qəzası Xətai rayonunda qeydə alınıb.

Rayonunun Zığ Yolu küçəsində Bakı şəhər sakini S.Mirzəyev idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçən paytaxt sakini Aygün Babayevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(077) 767 06 66

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az