5 avtoqəza, 5 ölü – 2 gündə

5 avtoqəza, 5 ölü – 2 gündə

2019-cu il oktyabr ayının 18-dən 20-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. DİN-in Mətbuat Xidmətindən Mediainfo.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 26 cinayətin üstü "isti izlər"lə açılıb. Bildirilir ki, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az