Yaponiyanın Baş Naziri Şinzo Abe bildirir ki, hökumət "Hagibis" tufanını "Ciddi təbii fəlakət" adlandırmağı düşünür. Bu status, zərərçəkmiş rayonlarda bərpa işləri üçün ayrılacaq subsidiyaların məbləğini artırmağa imkan yaradacaq.
Mediainfo.az xəbər verir ki, Şinzo Abe belə bir bəyanatla oktyabrın 15-də parlamentin yuxarı palatasında büdcə komitəsinin iclası zamanı çıxış edib.
İclas təbii fəlakət zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Baş Nazir, həmçinin deyib ki, bərpa işlərinin aparılması ilə bağlı maliyyə yardımı etmək üçün hökumət 315 bələdiyyəyə "ağır fəlakət" statusunun verilməsi məsələsini araşdırır.
Ş.Abe etiraf edib ki, tufan insanların gündəlik həyatına və iqtisadiyyata uzunmüddətli təsir göstərə bilər. Hazırda idarələrarası qrup su və elektrik təchizatının tezliklə bərpası üçün çalışır. Təxliyə mərkəzlərindəki insanların su, qida, karton çarpayılar və digər ilkin yardım vəsaitləri ilə təmin edilməsi üçün müvafiq işlər görülür.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































