Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zamanı özünü şübhəli apardığı üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Mediainfo.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun ayaqqabısının hər iki tayının içərisində bağlama və bükümlər müəyyən edilib. Baxış zamanı 2 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 52 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 2 ədəd bükümdə isə qablaşdırılması ilə birlikdə çəkisi 4 qram olan ağ kristal şəkilli psixotrop maddə - metamfetamin aşkar edilib.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































