Prezident İlham Əliyevin sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev vəzifəsindən azad edilərək, Vahid Heydər oğlu Tağıyevi Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Mediainfo.az Sozcu.az-a istinadən bildirir ki, yeni icra başçısı ilk iş günündə rayon polis şöbəsinə şikayətçilərin İcra Hakimiyyətinin binasına buraxılmaması tapşırığını verib və icra hakimiyyətinə şikayət üçün gələn sakinlər polislər tərəfindən ərazidən uzaqlaşdırılıb. Məlumata görə, rayon sakinləri icra hakimiyyətinə buraxılmır.
Digər məlumata görə, oktyabr ayının 3-də, şikayət üçün icra hakimiyyətinə gələn Ağsu rayon Pirhəsənli kənd sakini Bədəlov Ruhit Afər oğlu polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək, 10 sutka inzibati həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, keçmiş icra başçısı Ənvər Seyidəliyev də, Ağsu rayonun Pirhəsənli kəndindəndir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































