Mingəçevirdə ölüm hadisəsi baş verib. Oğlunun toyu üçün gəlinlik paltarı seçən 42 yaşlı qadın elə orada dünyasını dəyişib.
Mediainfo.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin ticarət mərkəzlərinin birindəki gəlinlik mağazasında qeydə alınıb.
Belə ki, oğlunun toyuna hazırlaşan 1977-ci il təvəllüdlü Zamanova Hafizə Əhliyat qızı gələcək gəlininə gəlinlik libası seçmək üçün mağazaya gəlib. Qəfildən halı pisləşən qadın huşunu itirib. Hadisə yerinə cəlb olunan həkim briqadasının bütün səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerində keçinib.
Qeyd edək ki, dünyasını dəyişən qadın məcburi köçkündür və müvəqqəti olaraq Mingəçevirdə məskunlaşıbmış.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































