İsmayıllıda faciə: 56 yaşlı kişi traktorun altında qaldı
24 İyun 14:22
Lunaparkda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Mediainfo.az Nyu-York Post-a istinadla xəbər verir ki, Meksikanın paytaxtı Mexiko şəhərindəki Lunaparkda "Roller coaster" karuselinin reysdən çıxması nəticəsində 2 nəfər ölüb.
Gecə saat 1-də, "La Feria de Chapultepec" parkında baş verən hadisəyə görə 2 qadın ağır bədən xəsarəti ilə xəstəxanaya çatdırlıb.
WOFL-TV-nin məlumatına görə, ölənlərin ikisi də kişi cinsi nümayəndəsidirlər və onların 18, 21 yaşları var.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Mediainfo.az