İsmayıllıda faciə: 56 yaşlı kişi traktorun altında qaldı
24 İyun 14:22
Cəlilabad rayonunun Üçtəpə kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və əşyaları 8 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Mediainfo.az-a məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Azəriqaz" istehsalat Birliyindən bildirilib ki, Təhməzov Maarif Abdultalıb oğluna məxsus evdə qazdan istifadə qaydalarının pozulması səbəbindən yanğın hadisəsi baş verib. Ev sahibi isə yanıq xəsarətləri alıb.
Mediainfo.az