Quba və Xaçmaz rayonlarında evlərdən qızıl-zinət əşyaları oğurlayan 19 yaşlı gənc saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan Mediainfo.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bağbanlı kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb.
Araşdırmalarla onun həmin kənd sakini 19 yaşlı Raman Mirzəyev olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən R.Mirzəyevin ətrafında aparılan tədbirlər nəticəsində onun törətdiyi başqa bir cinayət hadisəsinin də üstü açılıb.
Mediainfo.az
Belə ki, saxlanılan şəxs Xaçmaz rayon ərazisində də analoji cinayət hadisəsi törədərək, rayonda yerləşən evlərin birinə qanunsuz daxil olmaqla oradan zinət əşyaları oğurlayıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edərək, oğurladığı qızıl-zinət əşyalarını Xaçmaz rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.
Polis əməkdaşları tərəfindən qızılların satıldığı yer müəyyənləşdirilərək, həmin zinət əşyaları maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




.jpg)

.jpg)
















































