Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Penitensiar Xidmətin bölük komandiri Kazım Həsənovun məhkəməsi keçirilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə şahidlər dindirilib.
Kənan Məmmədov deyib ki, həftə sonları şəhərə çıxmaq üçün komandirlərə pul verib: "Pulu birbaşa Kazım Həsənova verməmişəm, hərbi hissəyə qayıdanda 40 manat pulu hərbi biletin içinə qoyub verirdim".
K.Həsənov deyib ki, həmin ərəfədə əsgər Rauf Qasımzadə əsgər yoldaşı İlkin Tanrıverdiyevi güllələyərək yaralayıb: "Bu hadisədə mənim bir günahım yox idi. Amma bu işə görə dindirilən əsgərlərdən mənim əleyhimə təzyiqlə ifadə alıblar".
5 il cəza alan R.Qasımzadə də konvoyun nəzarəti ilə məhkəməyə gətirilib və ifadə verib: "İstintaqda yalan danışdım, əsgər yoldaşımı güllələyəndən sonra şokdaydım, ona görə elə dedim. Komandirimə rüşvət verdiyimi demişəm, amma bu yalandır".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




.jpg)

.jpg)
















































