Bakıda musiqi məktəbinin direktorundan hədə-qorxu ilə pul tələb edilib.
Mediainfo.az-ın məlumatına görə, Binəqədi rayon ərazisində fəaliyyət göstərən məktəbin direktoru B.Y (şərtidir) hüquq-mühafizə orqanlarına şikayət edərək iki nəfərin ona hədə-qorxu gələrək 25 min manat pulunu aldıqlarını bildirib.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rafiq Arif oğlu Aslanov və Namiq Şəmşir oğlu Baxşalıyev saxlanılıblar.
Onlara Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.
Təqsirləndirilən şəxslər barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.
Onu da qeyd edək ki, saxlanılan şəxslərin hər ikisi musiqi müəllimidir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




.jpg)

.jpg)
















































