Bakı-Qazax yolunda ağır qəza: sərnişin ön şüşədən çölə düşüb öldü

Bakı-Qazax yolunda ağır qəza: sərnişin ön şüşədən çölə düşüb öldü

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mediainfo.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gecə Bakı-Qazax avtomagistralının rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobillə "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə, "Mercedes"də olan Bakı sakini, 1958-ci il təvəllüdlü Atakişiyev Əyyub Teyyub oğlu zərbənin gücündən ön şüşədən yola düşüb.

Bu zaman digər avtomobil onun ayaqlarının üstündən keçib. Ə.Atakişiyev hadisə yerində ölüb. Maşında olan digər iki nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az