İsmayıllıda faciə: 56 yaşlı kişi traktorun altında qaldı
24 İyun 14:22
Əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtaca bildiriblər ki, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Cəlilabad rayonunun Komanlı kənd sakinləri R. Şıxəliyev və Ş. Əbilov müvafiq sənədləri olmayan "TOZ" markalı iki ov tüfəngini könüllü qaydada rayon polis şöbəsinə təhvil veriblər.
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çarhan kənd sakini C.Yüzbaşıyevdən müvafiq sənədləri olmayan "İJ-18" markalı ov tüfəngi götürülüb.