"Dorian" qasırğası ABŞ-da beş nəfərin ölümünə səbəb olub

"Dorian" qasırğası ABŞ-da beş nəfərin ölümünə səbəb olub

ABŞ-ın Şimal Karolina ştatının sahilləri yaxınlığında tüğyan edən "Dorian" qasırğası beş nəfərin ölümünə səbəb olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CNN bildirib.

Telekanal məlumatına görə, Floridada müxtəlif səbəblərdən üç nəfər həlak olub. Daha və iki nəfər isə Şimal Karolinada təbii hadisənin qurbanı olub.

ABŞ-ın Qasırğaları Müşahidələri üzrə Milli Mərkəzinin son məlumatına görə, "Dorian" hazırda Uilminqton şəhərindən (Şimal Karolina ştatı-red) 60 kilometr cənub-şərqdədir və saniyədə 5,9 metr sürətlə şimal-şərq istiqamətində hərəkət edir. Atmosfer hadisəsinin daxilində küləyin maksimal sürəti təxminən saniyədə 44 metr təşkil edir.

Qeyd edək ki, Baham adalarında da "Dorian" qasırğası qurbanlarının sayı 30 nəfərə çatıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az