Bu yaxınlarda respublikanın cəlbedici turizm bölgələrindən biri kimi tanınan Daşkəsən rayonunun Xoşbulaq qəsəbəsində atların öldürülərək dirəkdən asılması ilə bağlı internet saytlarında və sosial şəbəkələrdə yayılan fotoşəkillərlə əlaqədar Daşkəsən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 258-ci (qanunsuz ov etmə) maddəsi ilə cinayət işi açılıb.
Mediainfo.az Reporta istinadən bildirir ki, hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində hadisəni törətmiş Xoşbulaq qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rafiq Allahyarov saxlanılıb.
Məlum olub ki, cari ilin mart ayında qəsəbə sakini Zabil İbrahimova məxsus atlar canavarlar tərəfindən parçalandıqdan sonra onun həmyerlisi Rafiq Allahyarov adıçəkilən yırtıcı heyvanları cəlb edib məhv etmək məqsədilə ölmüş atların cəsədlərini dirəkdən asıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





.jpg)

.jpg)















































