"Heç bir irəliləyiş yoxdur. Həkimlər deyir ki, ürəyin hesabına nəfəsi gedib gəlir. Ürəyi nə vaxt dayansa, aparatdan ayıracağıq. Ümidimiz Allahın möcüzəsinədir".
Bu fikirləri "ölkə.az"a açıqlamasında Dövlət Musiqili Teatrının aktyoru Elçin İmanov ötən gün komaya düşən həmkarı Məhərrəm Qurbanov haqqında danışarkən səsləndirib. İmanov bildirib ki, M.Qurbanov oktyabrda 60 illiyini qeyd etməyi planlaşdırırmış:
"Ad günü yayda idi. Dedi ki, indi şəhərdə heç kim yoxdur, oktyabrda hamını bir yerə yığacağam. İndi də belə... Ümidimiz Allahadır".
Qeyd edək ki, tanınmış aktyor Məhərrəm Qurbanov insult keçirib. O, ötən gündən komadadır. Yaxın mətbuata açıqlama verərək həkimlərin ona 72 saat vaxt qoyduğunu bildirmişdilər.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































