İsmayıllıda faciə: 56 yaşlı kişi traktorun altında qaldı
24 İyun 14:22
Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələri arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.