İsmayıllıda faciə: 56 yaşlı kişi traktorun altında qaldı
24 İyun 14:22
İranda saqqal taxaraq futbol matçı izləmək üçün stadiona daxil olduğu üçün saxlanılan qızlardan xəbər var.
Həbs edilən 6 qızdan 4-ü azadlığa buraxılıb. Belə ki, Zəhra Xoşnəvaz, Leyli Mələki, Hədiyyə Mərvəsi və Furuq Əlayidir adlı xanımlar girov qarşılığında müvəqqəti olaraq azad olunublar.
Digər iki qızla bağlı məlumat verilmir. 4 qızın azad olunmasında isə azarkeşlər aktivlik nümayiş etdirərək buna nail olublar.
Azadlığa buraxılan qızlardan biri "Eqtesadi cahan" qəzetinin əməkdaşıdı.
Qeyd edək ki, İran qanunlarına əsasən, qadınların stadiona getməsi qadağandı. (fanat.az)