ABŞ və Rusiya arasında tammiqyaslı nüvə müharibəsi təxminən on il müddətində sərt və soyuq qışın hücumuna gətirib çıxaracaq.
Publika.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, belə nəticəyə Ratqersk Universitetinin (ABŞ, Nyu-Cersi ştatı) alimləri gəliblər.
Tədqiqata əsasən, nüvə silahının genişmiqyaslı tətbiqiylə yaranacaq yanğınlar atmosferə 147 milyon ton his atacaq. Böyük his kütləsi bir neçə həftə ərzində strasfer küləkləri ilə bütün Yer kürəsi üzrə yayılaraq Günəş işığının qabağını tutacaq. Ekspertlər proqnozlaşdırırlar ki, ki, his pərdəsinin gözəçarpacaq dərəcədə təmizlənməyə başlaması üçün təxminən yeddi il, Yer kürəsinin səthində işıq göstəricilərinin normal səviyyəyə qayıtması üçün isə daha üç il lazım olacaq.

Öz növbəsində, his pərdəsinin mövcudluğu temperaturun 8 dərəcə düşməsinə gətirib çıxaracaq. Tədqiqat göstərir ki, bu səviyyədə temperatur anomaliyası dörd il davam edəcək və müharibədən əvvəlki göstəricilərə tam qaytarılması üçün on ilə yaxın müddət lazım olacaq.
Tədqiqat bütovlükdə 2007-ci ildə Amerika Milli Kosmik Agentliyi (NASA) yanında Qoddard adına kosmik tədqiqatlar İnstitutu tərəfindən təqdim edilmiş tədqiqatın nəticələrini təkrarlayır.
"Birləşmiş Ştatlar və Rusiyanın arasında iri həcmli nüvə müharibəsini nüvə qışı izləyəcək. Tammiqyaslı nüvə hücumu, belə bir hücumu həyata keçirməyə qərar verən bir ölkə üçün intihar olardı. Birləşmiş Ştatlar və Rusiya tərəfindən nüvə silahından istifadə bütün dünya üçün faciəvi nəticələrə gətirib çıxaracaq. Nəticədə, nüvə silahına malik ölkələr nüvə arsenallarını ixtisarı etməli, bütün tərəflər mümkün silahsızlaşmaya getməlidir", - alimlər yekunlaşdırıblar.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





.jpg)

.jpg)















































