İsmayıllıda faciə: 56 yaşlı kişi traktorun altında qaldı
24 İyun 14:22
Avqustun 10-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində batan 2009-cu il təvəllüdlü Zeynəb Ramin qızı Cəfərzadənin axtarışları başa çatıb.
Mediainfo.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə. Z.Cəfərzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, sözügedən hadisə zamanı əmiuşağı olan iki bacı və bacı-qardaş dənizdə batıb. Uşaqlardan üçünün meyiti həmin gün tapılsa da, Cəfərzadə Zeynəbin meyitini tapmaq mümkün olmamışdı.