Moskvada namaz qılan azərbaycanlılar cərimələnir

Moskvada namaz qılan azərbaycanlılar cərimələnir

Rusiyanın Moskva vilayətində Avropanın ən böyük meyvə-tərəvəz bazası hesab edilən "Fud Siti"də namaz qılmaq qadağan olunub.

Bu barədə Report-a bazada çalışan həmyerlilərimiz məlumat veriblər.

"Bazada bizə namaz qılmağa qadağa qoyublar. Əvvəllər bazanın içərisində yerləşən "Bakı" restoranında namaz qılırdıq. Sonra gəlib restoranı bağladılar və videokameralar yerləşdirdilər ki, namaz qılmaq olmaz. Cərimələrə gəlincə, əgər, təhlükəsizlik xidməti namaz qılan adamı birinci dəfə tutarsa 5000 rubl, ikinci dəfə tutarsa 10.000 rubl məbləğində çərimə edir. Namaz qılan şəxs üçüncü dəfə ibadət vaxtı tutularsa onda həmin şəxsin şəkli təhlükəsizlik işçiləri arasında paylanılır və onun bazaya buraxılması qadağan edilir"- , adının açıqlanmasını istəməyən soydaşımız deyib.

Digər soydaşımız isə ibadəti gizli şəkildə etdiklərini bildirib: "Biz bazanı tərk edə bilmirik. Çünki bütün günümüz bazarda iş başında keçir. İbadətimizə imkan vermirlər. Yalnız gizli şəkildə namaz qılırıq ki, heç kim görməsin və bizi çərimələməsin".

Mövzu ilə bağlı "Fud Siti" meyvə tərəvəz bazasının mövqeyini öyrənmək mümkün olmayıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az