Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Avtoqəza rayonun Muğan kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes Sprinter" markalı mikroavtobus paytaxtdan Gəncə istiqamətində hərəkətdə olan zaman "Opel" markalı minik maşını ilə toqquşub. Daha sonra hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə 10 nəfərin Şirvan şəhər xəstəxanasına, təxminən 7 nəfərin də Kürdəmir xəstəxanasına yerləşdirildiyi deyilir. Avtoqəzanın isə ötmə əməliyyatı zamanı baş verdiyi müəyyənləşib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Qeyd edək ki, mikroavtobusda olan sərnişinlər Gəncə şəhərinə əsgər andiçməsinə gedirmişlər. (apa)

1 / 11











Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır







.jpg)

.jpg)













































