ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Güclü küləklə əlaqədar Azərbaycan Dövlət Filarmoniyasının qarşısındakı bağda 3 ağacın budaqları sınıb, 1 ağac isə kökündən çıxıb.
Bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, artıq sınmış budaqlar və kökündən çıxmış ağaclar doğranaraq daşınmaq üçün hazır vəziyyətə gətirilib.
O.Məmmədov bildirib ki, indiyədək Bakıda 20 ağacın budaqları sınıb, 10 ağac kökündən çıxıb.
Şöbə rəisi hazırda birliyin gücləndirilmiş iş rejimində çalışdığını, qurumun əməkdaşlarının fəsadların aradan qaldırılması üçün hadisə baş verən ərazilərə səfərbər olunduğunu söyləyib