Prezident İlham Əliyevin "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında" 1 iyun 2019-cu il tarixli Sərəncamı sosial xidmətlər sahəsində fəaliyyət istiqamətlərinin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan verib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sahədə yeni istiqamət kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında ölkəmizin regionlarında sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzlərinin yaradılmasına başlanılıb. Qeyd olunan mərkəzlər sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası prosesində valideynlərin aktiv iştirakına dəstək verəcək. Həmin uşaqların zəruri bacarıqlara yiyələnmələri üçün valideynlər tərəfindən hansı işlərin aparılmalı olduğu barədə onların sistemli şəkildə maarifləndirilməsinə xidmət edəcək.
İlk mərhələdə 10 rayon və şəhərdə belə mərkəzlərin yaradılması, gələcəkdə onların sayının daha da artırılması planlaşdırılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır










.jpg)

.jpg)










































