Masallı rayonunun Mollaoba kəndində ümumi sahəsi 48 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və damına yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb.
Medianfo.az-ın verdiyi xəbərə görə, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər
Cəlilabad rayonunun Uzuntəpə kəndində ümumi sahəsi 88 m² olan talvarın yanar konstruksiyaları 64 m² sahədə, altına yığılan 6.5 ton ot bağlamasının 2 tonu, bitişik ümumi sahəsi 128 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının pəncərə çərçivəsi və tavanı 6 m² sahədə yanıb. Talvarın, ot bağlamalarının və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































