"Bəli, məlumat doğrudur. Dünən gecə Xəzər dənizinə düşən MiQ-29 təyyarəsinin pilotu qızımın həyat yoldaşı, polkovnik-leytenant Rəşad Atakişiyevdir".
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, hələlik axtarışlar davam edir və bir yenilik yoxdur. Q.Hüseynli danışmaq imkanının olmadığını da sözlərinə əlavə edib.
Qeyd edək ki, fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynlinin qızı Könül Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə elmlər namizədidir. Professorun digər övladı Toğrul da tanınmış pianoçudur.
Təqdim olunan fotoda Qabil müəllimin övladları əks olunub.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































