ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 300 m² olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisində 10 m² sahədə taxta məmulatı, 5 m² sahədə taxta yonqarı və tullantıları yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 80 m² olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) içərisində 10 m² sahədə taxta materialları, tullantıları və yaxınlıqda dayanan "Ford" markalı yük avtomobilinin arxa təkərləri yanıb. Tikilinin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.