Aparıcı Firuzə Cəlilova (Fira) oğullarının otağında şahidi olduğu qorxunc mənzərəni sosial şəbəkə hesabından paylaşıb.
Ruh olduğu ehtimalı daha çox olan kölgənin aparıcının övladlarının yatağı ətrafında hərəkətini əks etdirən videoya reaksiya müxtəlif olub.
Aparıcı kamerada görünən məxluqla bağlı tükürpədici açıqlama verib:
"Gecə-gecə sizi qorxutmaq niyyətim yoxdur. Amma bu video mənim evimdə, uşaqlarımın otağındakı nəzarət kamerasından çəkilib. İndi deyin görüm, mən gördüyümü siz də görürsünüz?
Şəxsən mən evimdə "Domovoy"un olduğuna inaniram. Hətta bu varlıq övladlarımı çox sevir. Həqiqətdə baş verən hadisəni danışacam. Anam bir neçə gün bizdə qalanda uşaq otağında 3 mərtəbəli çarpayı olduğu üçün gecəni orada uşaqlarla bərabər yatırdı. Həmin ərəfələr gecə yuxu problemi olduğu üçün televizor izləyə-izəyə yuxuya gedirdi. 2 gündən sonra uşaq otağındakı televizorun pultunu tapmaq üçün bütün evi alt-üst etdik. Lakin tapmadıq. Hətta o zaman zarafatca anama dedim ki, uşaqları axşam narahat edirsən deyə "Domovoy"umuz pultu gizlətmişdi, inanmadı mənə. Anam 10 gündən sonra öz evinə qayıtdı. Və inanmayacaqsınız, pultu uşaq oğındaki kitab rəfində tapdım. Görünən yerdə. Anama deyəndə, dedi ki, ora mən 100 dəfə baxdım axı. O zaman ona cavab verdim ki, demək ki, uşaqları oyada bilərsən deyə dostları "domovoy" pultu gizlətmişdi.
Bir dəfə də yeni ilin ilk günü (01.01.2019) rəfiqəm Həyat bizdə qaldı və uşaqlar olmadığı üçün qızları gecəlik uşaq otağında yerləşdirdim. Səhər Həyat oyananda dedi ki, bütün gecəni yata biləmişəm. Elə bil kimsə bərk-bərk ayaqlarını yerə vurub gəzirdi. Həmin vaxt onu qorxutmamaq üçün qonşularımızın gec yatdığını bəhanə etdim. Lakin, indi artıq həqiqətləri bilir".
Qeyd edək ki, Firanin iki oğlu var.
(milli.az)
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































